Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Baxış sayı:
10573

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
 
Muxalifət.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.