​ “Zakir Fərəcov Elmar Vəliyevin yolu ilə gedir...” - İcra başçısından narazı olan Qarabağ qaziləri: “Biri bunu başa salsın!”

Xızının icra başçısı Xəzər Aslanov haqqında da son vaxtlar şikayətlər artmaqdadır

Baxış sayı:
8185

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 26 noyabr – 01 dekabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Zakir Fərəcov Qarabağ əlillərinə qarşı kobudluq etdi”, “Qarabağ qazisi Zakir Fərəcovu Elmar Vəliyevə bənzətdi: “Biri bunu başa salsın!””, “Bizim “qara günlərimiz” başladı..." - GİLEY”, “Zakir Fərəcovun son illərdə…son həftələrdə əməllərinin tükürpədici – Statistikası…” başlıqlı 4 məqalənin 10 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Zakir Fərəcov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Xızının nədən geri qaldığı indi-indi məlum olur... - İDDİA” başlıqlı  1 məqalənin 8 elektron KİV-də yayılması ilə Xızı rayon İcra Hakmiyyətinin başçısı Xəzər Aslanov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Niyazi Bayramovun fəaliyyəti təqdir olunmur - İDDİA” başlıqlı məqalənin 4 elektron KİV-də yayılması ilə Gəncə şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramov tutur.

Muxalifet.az