​Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - VİDEO

Baxış sayı:
6235

Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib:
"Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı".   
Leyli xalq artisti Aftandil İsrafilovun onun həyat yoldaşı haqqında dediyi "Narkomanların yasına getmirəm" kəlməsinə münasibət bildirib:
"Ayıbdır. Getməmisən, denən gedə bilməmişəm. O sözün yeri yox idi. Zahid sinir xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən oldu, yatdı ayılmadı".