Zabit Səmədovun britaniyalı rəqibi rinqə çıxmağına peşman oldu - VİDEO

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Dubayda aprelin 17-də keçirdiyi döyüşdə qalib gəlib.

“Global Fighting Championship” turniri çərçivəsində böyük britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşan idmançımız ardıcıl 8-ci qələbəsini qazanıb.

Qeyd edək ki, azərbaycanlı professional idmançı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub(anspress).