​Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ: rusiyalı rəqibini nokauta saldı - VİDEO

Baxış sayı:
9499

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədovnövbəti döyüşünü keçirib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, "Axmat" Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər - "Mauqli" ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib. Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.