Zabit Səmədov hollandiyalı idmançı “Sümükqıran”la görüşəcək

Baxış sayı: 22

Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.
 
Z.Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı "Sümükqıran" ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə "K-1" üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.
Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.
Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var./azertac