Zabit Səmədov Dubayda döyüşəcək - FOTO

"Mauqli" ləqəbli Zabit Səmədov K-1 üzrə super döyüşlərindən birini keçirəcək

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünə çıxır.

Verilən məlumata görə, Z.Səmədov bu gün Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq.

Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Z.Səmədov bu dəfə Böyük Britaniya idmançısı Stiv Makkinon ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanlı professional idmançı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub.