YÜZMİNLƏRLƏ İNSAN KÖÇÜRÜLƏCƏK: Vayu qasırğası yaxınlaşır

Baxış sayı:
9145

Vayu qasırğasının sabah səhər saatlarında Hindistanın qərb sahilindəki Qucarat əyalətinə çatması gözlənilir. Buna görə də həmin rayonlarda yaşayan yüzminlərlə insanın köçürülməsinə hazırlıq gedir. Hindistan hökumətinin açıqlamasında Qucerat əyaləti və Diu bölgəsi hakimiyyətinin riskli bölgələrdən təqribən 300 min nəfəri köçürməyi planlaşdırıldığı bildirilir. Köçürülənlərin 700 ədəd müvəqqəti düşərgəyə yerləşdiriləcəyi qeyd edilib. Hindistanın Meteoroloji dairəsindən verilən açıqlamada da Vayu qasırğasının cümə axşamı günü səhər, Porbandar və Mahuva bölgələri arasındakı sahil zolağından saatda 135 km sürətlə quruya yaxınlaşmasını gözlənildiyi bildirilir.