Yüzminlər küçələrə axışdı: Çinlə bağlı mühüm qanun

Baxış sayı:
2989

Honkonqda yüzminlərlə insan cinayətkarların Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz etmək üçün küçələrə çıxıb.
Muxalifet.az xəbər verir ki, onlar xüsusən müxalifət üzvlərinin Çinə göndərilməsi məsələsinə etiraz ediblər.
Etirazçılar bildiriblər ki, sözügedən qanun layihəsi ləğv edilməlidir.
Onlar müxaliflərin Çində ağır cəzalara və işgəncələrə məruz qalacaqlarından ehtiyat etdiklərini bildiriblər.