​Yüzlərlə şagirdi yuyucu tozla zəhərlədilər - ŞOK OLAY

Türkiyənin Kırıkkale Bahçelievler Vəqfinin orta məktəbində 650-dən çox şagird məişətdə istifadə olunan təmizləyici maddədən zəhərlənib.
Hurriyyet.org-un məlumatına görə, məktəbin görəvlilərindən biri təmizləyici kimyəvi maddə dolu qab deşildiyi üçün həyətə çıxarıb və içərisindəki tozu ağacin dibinə boşaldıb.
Ətrafa yayılan pis qoxu həyətə çıxan uşaqları zəhərləyib.
Hadisə yerinə çox sayda təcili yardım və həkim briqadası çağırılıb. Şagirdlərin bir qismi xəstəxanalara çatdırılıb, bir qisminə isə yerində müdaxilə edilib.