​Yüzlərlə bakirə qız 14-cü arvad olmaq üçün yarışır - FOTO

Afrikanın ən kasıb ölkələrindən olan Svazilenddə hər il ənənəvi olaraq keçirilən "Reed Dance" adlanan günlər başlayıb.
Milli.Az xarici KV-ə isinadən xəbər verir ki, burada yüzlərlə bakirə qız kralın həyat yoldaşı olmaq üçün yarışır. Kralın arvadı olmaq istəyən 30 mindən çox bakirə gənc qız rəqs üçün növbə gözləyir.
Kral 3-cü Msvati ənənəvi "Reed Dance"də əsgərləriylə birlikdə bakirə qızların qarşısında rəqs edir.
8 gün davam edən bu mərasimdə hazırda 13 həyat yoldaşı olan kral istədiyi qızı özünə arvad olaraq seçə bilər.
Dünyanın ən kasıb ölkələrindən biri olaraq tanınan Svazilendin kralı 3-cü Msvati dəbdəbəli həyat düşkünlüyü və çoxarvadlılığına görə tez-tez tənqid edilir.
14 həyat yoldaşı olan kralın də hər yoldaşına bir saray tikdirdiyi və onların hər birinə bir "BMW" bağışladığı deyilir.