Yuxusuzluğunuza səbəb olan qidalar məlum oldu

Baxış sayı:
1885

Kolumbiya Universitetinin Həkim və Cərrahlar Kollecinin alimləri yuxusuzluğa səbəb olan qidaları təyin ediblər. Muxalifet.az xəbər verir ki, alimlər 50 mindən çox insan üzərində tədqiqat apararaq məlumatları təhlil ediblər. Təhlillər nəticəsində şəkər, ağ çörək və düyü kimi qidaların yuxusuzluğun səbəblərindən biri olan qan şəkərin artırdığı məlum olub. "Qan şəkəriniz sürətlə yüksəldikdə bədəniniz insulini sərbəst buraxaraq reaksiya verir və nəticədə qan şəkərinizin azaldılması yuxuya mane ola biləcək adrenalin və kortizol kimi hormonların sərbəst buraxılmasına səbəb olur" - deyə, ekspertlər izah ediblər. Bundan başqa alimlər yuxuya müsbət təsir etdiyinə görə meyvə və tərəvəzləri bol-bol istehlak etməyi məsləhət görüblər. Avstraliyalı dietoloq Rik Hay yaşıl, çobanyastığı çayı və darçının yuxusuzluğa faydalı olduğunu bildirib.