​"Yuventus" Sami Xedira ilə yeni müqavilə imzaladı

Baxış sayı:
5845

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.
Muxalifet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Sami Xedira ilə müqavilənin müddətini uzadıb. Almaniya millisinin üzvü yeni sözləşməyə görə, 2021-ci ilə qədər "qoca sinyora"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi "Yuventus"a 2015-ci ildə "Real"dan transfer olub. O, "Yuventus"un heyətində meydana çıxdığı 80 oyunda 20 qol vurub.