​"Yuventus" futbolçuları matça qırmızı dodaq boyası çıxdılar - FOTO

Baxış sayı:
502

İtaliya A seriyası çempionluq yarışının taleyini müəyyən edən “Yuventus” – “Napoli” matçında qəribə nüans qeydə alınıb.
Publika.az xəbər verir ki, “Yuventus” komandasının futbolçuları meydançaya yanaqlarına qırmızı dodaq boyası çəkərək çıxıb.
Bu nüans tribunaların və kameraların diqqətini matçdan çox çəkib. Dodaq boyasının ailədaxili zorakılığa son qoymaq və bu problemə diqqət çəkmək üçün təşkil edilən bir layihənin parçası olduğu bildirilib. Layihə “WeWorld Onlus” adlı italiyan firmasının təşkilatçılığı ilə keçirilib. Kampaniya sosial mediada "unrossoallaviolenza" (zorakılığa qırmızı kart) haştağı ilə paylaşılıb.
Qeyd edək ki, matç 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.