​Yuşşenko: xəyanət etməmişəm, Krımı satmamışam...

Ukraynanın eks-prezidenti Viktor Yuşşenko əmindir ki, ölkənin "prezident Yuşşenkonun siyasi kursuna" ehtiyacı var.
Bu barədə eks-prezident sosial şəbəkə hesabında yazıb.
“Sözün ən geniş mənasında mən prezident olaraq utanacağım bir dənə belə müqavilə imzalamamışam. Mən xəyanətkar qaz müqaviləsi imzalamamışam, Krımı verməmişəm, Donbasın şərqini verməmişəm. Millətimə qarşı dürüst olmuşam. Mənə elə gəlir ki, peşəkar idim və buna görə də heç nəyə təəssüf etmirəm”, - Yuşşenko deyib.