​Yuşşenko Saakaşvilini dəstəklədi: O HAQLIDIR

Baxış sayı:
3568

Saakaşvilinin Ukraynada reallaşdırmaq istədiyi planlar tam doğru idi.
Muxalifət.az xəbər verir ki, bunu “BBC Ukrayna”ya müsahibəsində Ukraynanın eks-prezidenti Viktor Yuşşenko deyib.
“Mixail Saakaşvili dostumdur. Mişa Gürcüstan üçün çox şey edib. Zamanı gələndə onu emosiyalarsız dəyərləndirəcəklər. Saakaşvili və komandasının təklif etdiyi iqtisadi və siyasi nizam haqqında plan doğru idi. Siz anlayırsınız ki, bunu etmək lazımdır.
Mən Saakaşvilinin Kiyevdə mitinqlər təşkil etmək üçün maliyyəni Rusiyadan almasını şərh edə bilmərəm. “Saakaşvili və Putin”, “Saakaşvili və Rusiya” sözlərini çətinliklə birləşdirə bilərəm. Bunlar uyğunsuzdur”, – deyə o bildirib.