Yusif peyğəmbərin məzarında toqquşma – YARALILAR VAR

İsrail hərbçilərinin müşayiəti ilə bir qrup yəhudi köçkün Nablus şəhərində Yusif peyğəmbərin məzarını ziyarət edib.
Yəhudilərin əraziyə gəlişi zamanı fələstinlilərlə hərbçilər arasında toqquşma yaşanıb. Toqquşma zamanı İsrail hərbçiləri rezin güllələrdən istifadə ediblər və nəticədə 2 fələstinli yaralanıb.
Qeyd edək ki, yəhudilər Yusif peyğəmbərin məzarının İordan çayının qərb sahilində olduğuna inanırlar. Müsəlmanlar isə bunu təkzib edir və bu ərazidə Yusif ət Düveykat adlı müsəlmanın dəfn edildiyini iddia edirlər.