YUSİF İLDIRIMZADƏ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Kamran Əliyev 5 rayonun prokuroru ilə bağlı əmr imzaladı / SİYAHI

Baxış sayı:
1543

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.

Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, E.Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır.