Yurgen Kloppdan ŞOK AÇIQLAMA: "Futboldan gedəcəm"

Baxış sayı:
550

"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
Muxalifet.az matc.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların transfer qiymətlərinin artmasından narahatdı.
Bu yaxınlarda "qırmızılar"la yeni müqavilə imzalayan 52 yaşlı mütəxəssis bunun dünya futboluna ciddi ziyan vurduğunu düşünür. Klopp futbolun getdikcə puldan asılı duruma düşdüyünü bildirib.
O, hətta əlavə edib ki, vəziyyət belə davam edəcəyi təqdirdə, futboldan gedəcək: "Almaniyada çalışdığım zaman "Bavariya" böyük transfer büdcəsinə sahib idi. Məsələn, 100 milyon funt-sterlinq. Ancaq indi bu məbləğə yalnız bir mərkəz müdafiəçisi ala bilərsən. Hələ əmək haqqını nəzərə almıram. Transfer bazarı gözlədiyimdən də çox dəyişib. Amma mənim prinsiplərim dəyişməyib. Bəlkə də, sözlərimi tərcümə edərkən nəyisə qaçıracaqsınız. Amma mənim fikrim budu: futbolun yalnız puldan ibarət olduğu ana gəlib çıxsaq, mən bu sahədən gedəcəm. O ki, qaldı "Liverpul"a, əgər biz digərlərinin transferlərə ödədiyi məbləği xərcləməsək, rəqabət apara bilməyəcəyik. Hər kəs pulu çölə atır. Amma biz də bunu etməliyik".
Qeyd edək ki, "Liverpul" ötən mövsüm Kloppun rəhbərliyi altında Çempionlar Liqasının qalibi olub.