Yunker Trampı təkzib etdi: Avropa Birliyinin dollarla ticarəti doğru deyil

Baxış sayı:
11647

Avropa Birliyi (Aİ) Komissiyasının Prezidenti Yan Klod Yunker, Avstriyada Respublika elanının 100-ci ildönümü münasibətilə gəldiyi Vyana Məclisində çıxış edib.
 
Yuncker, "Bəzilərimiz Avropanın çox böyük olduğuna inanır. Biz özümüzü dünyanın ağası kimi görürük hələ də, amma dünyanın hər hansı bir ağaya ehtiyacı yoxdur, dünyanın çox tərəfliliyə ehtiyacı var" deyib.
Avropanın dünya siyasətində fəal olması lazım olduğunu vurğulayan Yuncker, Avropanın beynəlxalq məsələlərə dair çox tərəflilikdən yana mövqe tutması lazım olduğunu söyləyib.
 
 "BMT-nin illik büdcəsinə ən böyük töhfəni, Aİ verir"
 
 Yuncker, ABŞ prezidenti Donald Trampın Nyu-Yorkdakı çıxışında ölkəsinin BMT-yə ən çox maliyyə dəstəyi verən ölkə olduğunu ifadə etdiyini, ancaq bu məlumatın yanlış olduğunu bildirərək, BMT-nin illik büdcəsinə ən çox töhfə verən tərəfin Aİ olduğunu qeyd edib.
 
Birileri imtina etdikləri üçün bizlər də təslim olmamalıyıq
 
Avropanın dünyanın bir çox ölkəsində sülh üçün fəal rol oynadığını ifadə edən Yuncker," Paris İqlim Sazişi və İran Nüvə Razılaşmasına dair Avropalılar sözlərini tutmalıdır. Biriləri imtina etdikləri üçün bizlər dərhal təslim olmamalıyıq" deyə.bildirib.
Yunker, Aİ-nin beynəlxalq ticarət sahəsində son illər yüksəlişdə olduğuna diqqəti çəkərək, xüsusilə ABŞ-ın birtərəfli yanaşmalar nümayiş etdirməyə başladığından bəri digər beynəlxalq səhmdarlarla ticarət əməkdaşlığını daha da artırdıqlarını qeyd edib.
 
Ticarətdə avro vurğusu
 
 Yuncker, avronun birliyin ən əhəmiyyətli ortaq dəyərlərindən biri olduğunu bildirərək, "Aİ enerji idxalının 80 faizini dollarla ödəyir. Halbuki biz ABŞ-dan enerji ehtiyaclarımızın yalnız 2 faizini tədarük edirik. Bu normal deyil. Avropa zonasından təyyarə almaq tələb olunduğu təqdirdə dollarla əməliyyat aparılır. Bu doğru deyil və düzəldilməsi lazımdır" deyə, söyləyib.
Müxalifət.az