Yunanların həyasızlığına Türkiyədən S-400-lü cavab!

Baxış sayı:
8794

Təkcə bölgəni deyil, çox geniş bir coğrafiyaya doğrudan təsir edən Şərqi Aralıq dənizindəki yüksək təzyiq hər keçən gün yüksəlməyə davam edir. Cənub Kipr Yunan Rəhbərliyi tərəfindən Türkiyənin bölgədəki qazma gəmisi Fatehin heyətinə yönəlik verilən ‘həbs' qərarı prosesi yeni bir ölçüyə daşıdı.
 
Yunan rəhbərliyinin bu addımına 'Çox sərt bir şəkildə cavab veriləcək' cavabını verən Türkiyə, enerji tənliyindəki üstün mövqeyini və bölgədəki soydaşlarını hər nə bahasına olursa, olsun qoruyacağı mesajını dəqiq bir dillə bütün dünyaya elan etdi.
Bu baxımdan iyul ayı böyük əhəmiyyət daşıyır və bu yalnız Yunanıstandakı seçkilərlə məhdudlaşmır.
Belə ki, təkcə Türkiyə ilə ABŞ arasında deyil, Türkiyə-NATO və Türkiyə-Rusiya arasındakı tarazlıqlar baxımından da son dərəcə əhəmiyyətli bir şəkil alan S-400 havadan müdafiə sisteminin Türkiyəyə həhvil verilməsi də iyul ayında olacaq.
Mövcud şərtlər nəzərə alındıqda, Türkiyə üçün ən böyük təhlükəsizlik riskinin Şərqi Aralıq dənizində olduğunu görürük. Hər an isti bir qarşıdurma yaşana biləcək bir yerdir. Qaldı ki, bölgədə Türkiyənin həm üzər, həm də uçar ünsürləri var. Bütün bunlardan başqa Adada Türklərin varlığının da təminatı Türkiyədir. Belə bir əhəmiyyətli yerdə təhlükəsizlik riski bu qədər artsa, o zaman Türkiyə də aldığı S-400 batareyalarından birini Şərqi Aralıq dənizindəki bütün sahəni əhatə edəcək bir nöqtəyə yerləşdirməyi düşünə bilər.
Buna görə də S-400-lərin yerləşəcəyi yerin müəyyən olunmasında bölgədəki hadisələrin çox əhəmiyyətli bir rol oynayacağını rahatlıqla söyləmək olar.
İzmirə və Hatay-a yerləşdiriləcək iki ədəd S-400 sistemi ilə Egey və Şərqi Aralıq dənizi sanki 'Türk gölü' halına gələcək.
Müxalifət.az