Yunanları Türkiyə qorxusu bürüdü! Fransızları çağırdılar

Baxış sayı:
7018

 Türkiyənin “Mavi Vətən” hərbi təlimindən sonra qorxuya düşən Yunan Kipri daimi hərbi baza qurmaq istəyən Fransaya "İşləri tezləşdirin" deyə tələb edib.
 
Şərq Aralıq dənizində fəal olmaq istəyən Fransa, ötən günlərdə Kipr ilə yeni bir müqaviləyə imza atmışdı.
Kiprdə baza yaratmaq istəyən Fransanın tələblərinə isti baxan Kipr, Türklərdən qorunma qarşılığında bütün güzəştləri verməyə hazır görünür.
 
“Mavi Vətən” təlimindən sonra vahiməyə düşdülər
 
Qeyd edək ki, ötən günlərdə Türkiyə tarixinin ən böyük təlimi olan “Mavi Vətən” təlimini başlamışdı. Bu təlim Yunanıstanda və Yunan Kiprində böyük təşvişə səbəb olub.
Bu təlimdən sonra danışıqları sürətləndirən Yunanlar, baza üçün Fransız rəsmilərini ölkəsinə çağırıb.
 
Müdafiə naziri Nikosiyaya gedir
 
 Fransanın müdafiə naziri Florence Parly bazanın texniki detallarını müəyyən etmək üçün bu həftə Nikosiyaya gələcək. Səfərdən sonra Yunan lider Nikas Anastasiadis ilə Fransa prezidenti Emmanuel Makronun ətraflı açıqlama verməsi gözlənilir.
 Fransız bazası Yunan rəhbərliyinin Larnaka şəhərinin yaxınlığındakı Mari bölgəsinə inşa ediləcək. Yunan “Politis” qəzetinin xəbərinə görə, Fransanın Kiprdə fəal olmaq istəməsinin səbəbi Suriya və Livanda itirdiyi üstünlükdən qaynaqlanır.
Müxalifət.az