Yunanlardan acı etiraf: “Bir Yunana qarşı 10 Türk öldürün”

Baxış sayı:
6745

Kiprdə nəşr edilən Yunan “Politis” qəzeti 20 iyul 1974-ci il Kipr Sülh Hərəkatı ərəfəsində Yunanların Türklərə qarşı soyqırımları ilə bağlı bir sıra etraflar dərc etdirərək Yunanların bu barədə susqunluğunu pozub.
 
 
“1 YUNANA QARŞI 10 TÜRK ÖLDÜRÜN” ƏMRİ
 
11 may 1964-də iki Yunan zabiti ilə bir Yunan polisi Mağusa şəhərində öldürüldü. Öldürülənlərdən Kostakis Pandelidis, Nikosiya Yunan polis rəisinin oğluydu. Yuxarıdan əmr gəldi: "Hər öldürülən Yunana qarşı 10 Türk öldürülsün".
Bir gün sonra, 12 mayda Mağusa bölgəsində 17 Türk əvvəl qaçırıldı, sonra güllələnərək öldürüldü. Ertəsi gün 13 may 1964-də, İngilis bazaların yerləşdiyi bölgədə müvəqqəti işçi status ilə çalışan 11 Kiprli Türk qətlə yetirildi. Öldürənlər, Kiprli Türklərin iş yoldaşları olan bir qrup Yunan və Yunan polisiydi. Türklər işə gedərkən avtobusdan düşürülüb, əvvəl Derinyada Yunan polis bölməsinə aparılıb, sonra Paralimmi gölü yaxınlığında güllələnərək kor quyuya atılıb. Sümükləri 2006-da aşkar olundu.
 
TÜRK QƏHVƏÇİNİ PARÇALADILAR
 
14 avqust 1974 -də Muratağa və Qayıqlarda qadın, uşaq və yaşlı olmaqla, 126 Türk öldürülərək, toplu məzarlara basdırılıb. Qətliamı törədənlər, Yunan EOKA döyüşçüləri - deyə təsvir edilib. Çoxu EOKA döyüşçüləri kimi təqdim olunsa da, ancaq aralarında Türklərin Yunan qonşuları da vardı.
Qətliamdan günlər əvvəl qonşu Yunan kəndləri olan Peristerona və Pigide adları məlum olan ən azı 30 Yunan, müdafiəsiz qalan Türklərin əvvəl heyvanlarını taladı, Türk qadınlara təcavüz etdi. 10 avqust 1974-də biri polis olmaqla 3 Yunan, Muratağa kəndinin qəhvəçisi Mustafa Kukudiyi Piyi kəndinə apardı, qapalı bir evdə parçalayaraq öldürdü, cəsədindən qalanları bir torbaya dolduraraq çuxura basdırdı.
 
QƏZET TƏHDİD OLUNDU
 
“Politis” qəzetinin bu yöndə bir müddətdir davam edən nəşrləri Kipr Yunan rəhbərliyində narazılıqla qarşılanıb. Qəzet və bir müəllifi təhdid edilib. Ölüm təhdidləri alan Yunan müəllif Kostas Konstantini, cənubi Kiprdə kimsənin 1964-də olanları danışmadığını qeyd edərək, Şimali Kiprdə özünü daha güvəndə hiss etdiyini deyib.
Müxalifət.az