Yunanıstanın Türkiyə qorxusu: ABŞ-a şikayət etdi

Baxış sayı:
4483

Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyənin S-400 alışının dayandırılması üçün ABŞ-a çağırış edib.
 
Evangelos Apostolakis Vaşinqton mərkəzli “Foreign Policy” beyin mərkəzi ilə Avropa Birliyinin (AB) Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığın Gələcəyi" başlıqlı forumunda çıxış edib.
Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyənin S-400 alışının bölgədəki tarazlıqları dəyişdirəcəyini bildirib.
Apostolakis "Türkiyənin S-400-ləri alması bölgədə havadan müdafiəni başqa bir anlayışa daşıyır. Biz də sistemlərimizi  təkrar planlayıb, proqramlaşdırmaq məcburiyyətindəyik. S-400-lərə paralel olaraq F-35 alışı bölgədəki güc tarazlığını tamamilə dəyişdirəcək" deyib.
 
ABŞ-a ÇAĞIRIŞ ETDİ: DAYANDIRIN!
 
"ABŞ-ın problemi bu sistemlərin NATO sistemləri ilə işləməməsidir. Belə vəziyyətdə Yunanıstan üçün dəyişən nədir" sualına yunan nazir "Bu sistemlərin müdafiə sistemi olduğunu söyləyirlər. Amma 400 mil mənzilə sahib bir sistem müdafiə sistemi ola bilməz, çünki (bölgədə) havada uçan hər şeyi vurar" cavabını verib.
Apostolakis ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi etməsi üçün çağırış edib və F-35 təyyarələrinin də Türkiyəyə verilməməsini istəyib.
Müxalifət.az