Yunanıstanın buynuzu qaşınır: “Türkiyə ilə döyüşməyə hazırıq”

Baxış sayı:
11497

Yunan televiziyasına danışan baş nazir Çipras, Türkiyənin Egeydə ola biləcək bir 'isti qarşıdurmaya' səbəb olma ehtimalıyla əlaqədar, 'bunun hesaba qatıldığını və Yunan hökumətinin də bu məzmunda hazırlıqlı' olduğunu söyləyib.
 
Aleksis Çipras Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinin 'zəifliyinin və təkliyinin' bir işarəsi olduğunu söyləyib.
Çipras Türkiyənin strateji dalanla üz-üzə olduğunu iddia edib.
Yunan baş nazir ölkəsinin və Kiprin son illərdə güclü beynəlxalq ittifaqlar qurduğunu dilə gətirib.
Türkiyənin güclü ittifaqlarının olmadığını söyləyən Çipras, "Kipr və Yunanıstanla fərqliliklərinin ikili bir mövzu olduğu iddiaları qəbul edilməzdir. Kiprin İqtisadi Bölgəsi eyni zamanda Avropa Birliyinin də iqtisadi bölgəsidir. Yunanıstan sərhədləri eyni zamanda AB sərhədləridir" deyib.
Yunanıstan və Kiprin davamlı əməkdaşlıq etdiyini qeyd edən Çipras, Türkiyənin Egeydə ola biləcək bir 'isti qarşıdurmaya' səbəb olma ehtimalıyla əlaqədar, 'bunun hesaba qatıldığını və Yunan hökumətinin də bu məzmunda hazırlıqlı' olduğunu söyləyib.
Müxalifət.az