Yunanıstanın baş naziri: “Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm”

Baxış sayı:
192

Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyənin Yunanısatn üçün önəmli bir qonşu və NATO ortağı olduğunu bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kiriakos Miçotakis köçkünlərin problemlərinin həllində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağı səbirsizliklə gözlədiyini vurgulayıb.

Baş nazir bu barədə Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib. Kiriakos Miçotakis Avropa sığınacaq siyasətinə və Dublin müqaviləsinə dəyişiklik edilməsini bacib sayıb: "Sığınacaq haqqına sahib olanlar Yunanıstanda qala bilər, ancaq bu haqqı əldə edə bilməyənlər Avropa İttifaqı və Türkiyə arasında bağlanan razılaşma əsasında Türkiyəyə geri dönməlidir".