​Yunanıstandan Türkiyə əleyhinə daha bir addım

Baxış sayı:
604

Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunması səbəbindən Yunanıstana qaçan Əhməd Gözələ yaşayış icazəsi verilib və o, polis məntəqəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathemerini” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ə.Gözəl gizli şəkildə xüsusi mühafizə altında məntəqədən çıxarılıb.
Qeyd edək ki, yunan məhkəməsi sözügedən şəxsin ekstradisiya edilməsi ilə bağlı Türkiyənin tələbini rədd etmişdi.