Yunanıstandan ABŞ-a “Türkiyə” şikayəti

Baxış sayı:
10117

 Yunanıstanın Baş Nazirliyinin Mətbuat İdarəsi, Amerikalı Demokrat Senator Bob Menendezin Baş nazir Aleksis Çipras ilə görüşdüyünü bildirib.
 
Mətbuat İdarəsinin açıqlamasında, görüşdə "Şərqi Aralıq dənizində 2019-cu ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq" adlı qanun layihəsinin üzərində dayanıldığı, bu çərçivədə həmçinin "Yunanıstan və ABŞ arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat sahələrində strateji əlaqələrin davamlı olaraq dərinləşdirilməsi, investisiyaların cəlb olunması kimi məsələlərin də müzakirə olunduğu" qeyd edilib.
Açıqlamaya görə, Aleksis Çipras Menendezə Yunan-Amerika münasibətlərinin irəliləməsində mühüm rolu və onun son illərdə Yunanıstan və Kipr xeyrinə apardığı çoxsaylı qanunvericilik təşəbbüsü üçün təşəkkür edib.
 
TÜRKİYƏNİN EGEY DƏNİZİNDƏKİ HƏRƏKƏTLƏRİ DANIŞILIB
 
 Tərəflərin regionunun enerji xəritəsindəki dəyişiklikləri və son hadisələrdə Yunanıstanın həlledici rolunu, ABŞ ilə Yunanistan-Kipr-İsrail üçbucağı arasında əməkdaşlığın gücləndirilməsini və Misir ilə əməkdaşlığı müzakirə etdikləri qeyd edilən açıqlamada, belə deyilib:
"Bob Menendez həm NATO çərçivəsində, həm də ikitərəfli əsas üzərindəki əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Menendez Yunanıstanın regionda sabitlik və təhlükəsizliyin qalası olduğunu vurğulayıb".
Açıqlamada, tərəflərin "Türkiyənin bölgədəki rolunu, həmçinin Egey dənizi və Kiprin məhdudlaşdırılmış iqtisadi bölgəsində beynəlxalq hüquqa hörmət göstərilməsinin vacibliyini müzakirə etdikləri" ifadə edilib.
 
TÜRKİYƏNİ ŞİKAYƏT EDİB, ABŞ-a SİYAHI VERİBLƏR
 
 Bu arada, diplomatik bir mənbəyin verdiyi məlumata görə, Bob Menendezə Türkiyənin Egey dənizindəki pozuntuları haqqında ətraflı hesabat təqdim olunub.
Qeyd edək ki, Bob Menendez və Respublikaçı Partiyadan Senator Marko Rubio daha əvvəl "Şərqi Aralıq dənizində 2019-cu ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq” adlı bir qanun layihəsi hazırlamışdı.
Müxalifət.az