Yunanıstandan ABŞ-a qalmaqal təklif!

Baxış sayı:
4267

 Yunanıstanın müdafiə naziri Panos Kammenos, Amerikalı həmkarına qəribə bir təklif edib. Kammenos, ABŞ-ın yalnız Suda Körfəzində deyil, Larissa, Volos və Aleksandrapolistdə (Dədəağac) də qalıcı bir şəkildə hərbi qüvvə yerləşdirməsini istəyib.
 
Kammenos,  ABŞ-ın müdafiə naziri Ceyms Mattis ilə Pentaqonda bir araya gəldiyi görüşdə Yunanıstanın ABŞ-ı yeganə etibarlı strateji tərəfdaş kimi gördüyünü bildirib.
Qeyd edək ki, ABŞ-ın hazırda Krit adasındakı Suda Körfəzində donanma bazası ilə yanaşı, Larissadaki hava bazasında İnsansız Hava uçaqları (İHA) məntəqələri yerləşir.
Müxalifət.az