Yunanıstanda “Türkiyə” qorxusu: “Kimsə bizi Türkiyədən xilas edə bilməz”

Baxış sayı:
6841

S-400 sistemlərinin Türkiyəyə göndərilməsiylə Yunanıstanda təlaşa düşüblər. Yunan mətbuatında geniş əks-səda doğuran hadisə ilə bağlı "Türkiyənin həm “Bora” raketləri, həm də S-400 sistemi var. Yunanıstan da əlindəki S-300-ləri inkişaf etdirməli və Rusiyanın İsgəndər raketlərini almalıdır" şəklində ifadələrə yer verilib.
 
Yunan qəzeti “Pentapostagma”-da yayımlanan xəbərdə, "Türklər Amerikadan ultimatum aldığından bəri Ruslar silah sistemlərini çox uyğun qiymətlərə təqdim etməyə başladılar. Bu səbəbdən bir endirim dövrü var. Buna görə Yunanıstan olaraq sürətli hərəkət etməli və 2 ildir etmədiyimiz şeyi etməliyik" yazan qəzet, "Burada S-300 sistemlərimizi lazım olan səviyyədə inkişaf etdirməkdən danışırıq" deyə qeyd edib. Təqdim etdikləri təklifdə raket sistemləri əlaqədar çox geniş detallara yer verən qəzet, Türkiyəyə qarşı hazırlıqlı olma çağırışı edib.
 
"HƏM BORA, HƏM DƏ S-400-ləri VAR"
 
Qəzet Türkiyənin istehsal etdiyi “Bora” raketlərinə də detallı yanaşıb. "S-400 sistemindən başqa, bir də 280 km mənzilli “Bora” raketlərini diqqətə almağımız lazımdır. “Bora” raketləri əgər müəyyən nöqtələrə yerləşdirilsə, Yunan paytaxtını belə təhdid edə bilər" deyə yazan qəzet, sonra "Buna görə az sayda belə olsa, İsgəndər ballistik raketi satın almağı düşünməliyik" deyə qeyd edib. “Pentapostagma” “S-400 və Bora” raket sistemlərində olduğu kimi, İsgəndər raketlərinin də detallı texniki analizinə yer verib.
 
"XARİCDƏN HEÇ BİR DƏSTƏK BİZİ QURTARMAYACAQ"
 
Türkiyənin hərbi üstünlüyünə diqqət çəkən qəzet, "Əgər Türklər bu anda Yunanıstan torpaqlarını açıqca təhdid edən silahlarla üstünlüyü ələ keçirmişsə, xaricdən gələcək heç bir sərmayə, və ya dəstək bizi qurtarmayacaq" deyə şərh edib.
Türkiyənin Aralıq dənizində neft axtarış işlərini həzm edə bilməyən “Pentapostagma” qəzeti, həddini aşaraq bu işləri "imperialist" olaraq qiymətləndirib. "Yeni Osmanlıların Aralıq dənizindəki 'yayılma' ehtiraslarına görə özümüzü mümkün olduqca sürətlə təhciz etmək məcburiyyətindəyik" yazan qəzet, bununla Yunanıstandakı təlaş və qorxu havasını gözlər önünə sərib.
Müxalifət.az