​Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir

Baxış sayı:
1906

Yunanıstanın Evbeya adasında güclü meşə yanğını başlayıb.
Muxalifet.az xəbər verir ki, bu gün günorta saatlarında başlayan yanğın Xalkida şəhərindən şimal tərəfdə yerləşən Kontodespoti kəndini təhlükə altında qoyub.
Güclü külək və isti hava hələlik yanğını söndürməyə imkan vermir. Hökumət yanğına yaxın ərazidə yerləşən iki qəsəbənin əhalisinin təxliyyə edilməsi ilə bağlı qərar verib.