​Yunanıstan yenə də Türkiyəyə "sataşdı": "BİZ TƏK DEYİLİK"

Baxış sayı:
3760

Qərbi arxasına alan Yunanıstan yenidən Türkiyəyə sataşaraq ultimatium göndərib.
Türkiyə ilə Yunanıstan arasındakı gərgin münasibətlərdən yazan Qərb mediası Türkiyənin Yunanıstanı təhrik etdiyini deyib.
Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Aİ-nın onlara dəstək olduğunu irəli sürərək Türkiyənin Avropanı türkləşdirmək cəhdlərinə imkan verməyəcəyini deyib: "Rəcəb Tayyib Ərdoğan Avropanı türkləştdrməyə çalışır. Biz isə hələ də Türkiyəyə heç bir pis niyyətimizin olmadığını izah etməyə cəhd edirik. Regionda bütün qonşular arasında ən sadiq və yaxşı olan elə Yunanıstandır".
"Biz tək deyilik. Avropa Birliyi bizim arxamızdadır. Qərb bizə , biz də Qərbə güvənərək açıqlama veririk. Yunanıstan Suriya və ya İraq kimi yalnız deyil, Yunanıstan Qərbin bir hissəsidir"-deyə, nazir şıxışına əlavə edib./publika/