​Yunanıstan Türkiyəyə 3 anlaşma göstərdi - KARDAK BÖHRANI

Baxış sayı:
1573

Egeyin statusu beynəlxalq hüquqi zəmanət altındadır. Yunanıstanın Kardak qayalıqlarının suverenliyi 1923-cü il Lozanna, 1932-ci il Türkiyə-İtaliya və 1947-ci il Paris konfransı ilə tənzimlənir.
Muxalifət.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 “Türkiyə özünə gəlib, Avropa hüququna hörmət etməlidir. Rəsmi Ankara Avropa Birliyinin Kardak böhranı ilə bağlı hesabatına təhrikedici şəkildə cavab verib”, - nazirlik bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Kardak qayalıqlarının Türkiyəyə aid olduğunu açıqlamışdı.