Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır: Keşişin müşayiəti ilə silah və əsgər daşınır

Baxış sayı:
5212

Türkiyənin Şərqi Aralıq dənizindəki qazma işlərini bəhanə edən Yunanıstanın şimal sərhədinə və Egey adalarına silah və əsgər daşıdığı ortaya çıxıb.
 
Gecə vaxtı Egey adalarına səssiz silah və əsgər daşıdığı, bir keşişin də əsgərləri “müqəddəsləyərək” gəmiyə göndərdiyi bildirilib.
Yunan mətbuatında dərc olunan fotoşəkil və qeyd olunan xəbərlərdə, Yunanıstanın gecə qaranlığında səssiz Epir bölgəsindən hərbi qüvvələrini Şimal Afina bölgəsi (Rəfinə) limanından Egey Adaları və Şimal bölgələrinə göndərdiyi iddia edilir.
Xəbərə görə, dərc olunan fotoşəkillərdə gəmiyə minmədən əvvəl əsgərlərin sıraya keçərək bir keşiş tərəfindən müqəddəs hesab edildikdən sonra xidmətə göndərildiyi ifadə edilir.
Yunanıstanın Adalara əsgər və silah göndərmə qərarını Şərqi Aralıq dənizində yaşanan qazma gərginliyindən sonra sürətləndirdiyi bildirilib.
“Pronews”uin xəbərində, Yunanıstanın Egey adalarına əsgər göndərmə əməliyyatının xüsusilə gecə vaxtları reallaşdırdığını ifadə edib.
Xəbərdə, Türkiyənin Rusiyadan S-400-ü satın alması və Şərqi Aralıq dənizində təbii qaz axtarış işlərini başlatmasıyla Yunan hərbi qüvvətlərinin şimal sərhəd bölgələrinə və 12 adaları gücləndirmək üçün hərbi yığınaq etdiyi irəli sürülüb.
Müxalifət.az