Yunanıstan tikan üstündədir: Türkiyə qorxusu sardı

Baxış sayı:
4222

Türkiyənin üç dənizdə gerçəkləşdirdiyi ən iri planlı dəniz təlimi Yunan mətbuatında da geniş əks-səda doğurub.
 
“Mavi Vətən” təliminin qorxusunu yeni unutmağa çalışan Yunanıstanın dərhal ardınca “Denizqurdu 2019” təlimi ilə qarşılaşması Afinanı yenidən narahatlıqlara sövq edərkən, təlimin böyüklüyü də qeyd edilib.
Türkiyə Baş Qərargahının açıqladığı "Türkiyə tarixinin planlı ən böyük təlimi" deyə qeyd edən Yunan mediası, təlimdə 131 hərbi gəmi, 57 təyyarə və 33 vertolyotun iştirakına toxunub.
 
TƏBİİ QAZ BÖHRANINDAN SONRA
 
 Yunanistan mətbuatında təlimə dair narahatlıqlarını dilə gətirən xəbərlərə yer verilib. Yunan mətbuatınIN ən güclü iki ünvanı olan “Kathimerini” və “Afina” Xəbər Agentliyindən verilən xəbərlərdə, "Təbii qaz gərginliyindən" sonra bu təlimin keçirilməsinə "Narahatlıq verici" deyilib.
“Kathimerini”-də Aralıq dənizində baş verən qaz böhranına dair dəyərləndirmələr aparılarkən, Türkiyənin bu təlim ilə göz dağı verdiyi qeyd olunub.
Müxalifət.az