​Yunanıstan sahillərində içərisində 40 miqrantın olduğu qayıq yoxa çıxıb

Yunanıstanın sahil mühafizə xidməti Peloponnes dairəsinin qərbində yerləşən Pilos şəhəri yaxınlığında dənizdə yoxa çıxan qayığı axtarır.
Afinanın AMNA agentliyi xəbər verir ki, qayıqda 45 qaçqın və mühacir olub.
Yerli KİV-lər yazırlar ki, qaçqınlardan biri telefon vasitəsilə Avropanın təcili xidmət orqanlarına – 112 nömrəli qaynar xəttə zəng edərək qayığın mühərrikində nasazlıq yarandığı barədə məlumat verib. O, vəziyyətin təhlükəli olduğunu bildirib və yardım istəyib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarında sahil mühafizə xidmətinin gəmisi, balıqçı gəmisi və hərbi aviasiyanın helikopteri iştirak edir ("Virtualaz.org").