​YUNAN-TÜRK SAVAŞI BAŞLAYARSA... – Alman nəşri Ərdoğana qarşı

Baxış sayı:
3937

Almaniyanın “Die Velt” qəzetində Türkiyə ilə Egey dənizindəki mübahisədə Yunanıstanın irəli sürdüyü tezislərin həqiqəti əks etdirdiyi barədə yazı dərc olunub.
Hər iki ölkənin NATO üzvü olduğu qeyd olunan yazıda müharibə təhlükəsinə səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilib.
“Ərdoğanın Türkiyəni diqtə rejiminə daşıması və yayılmağa meyilli siyasətinə görə Egey dənizində müharibə təhlükəsi yüksəkdir”, - yazıda bildirilib.
Nəşr həmçinin Egey dənizində martın 12-də türk və yunan sahil-mühafizə gəmiləri arasında yaşanan gərginliyin rəsmi Ankaranın növbəti təxribatı olduğunu yazıb. Türkiyənin ötən il 2000 dəfə Yunanıstanla su sərhədini pozduğunu xatırladan alman nəşri bu il sözügedən rəqəmin 3300-ü keçdiyini açıqlayıb.
Mümkün bir müharibə zamanı müqayisə aparan nəşr türk və yunan ordularının silah-sursat baxımından eyni gücə sahib olduğunu qeyd edib./axar/