Yunan əsgərləri Türk VERTOLYOTUNA ATƏŞ AÇDI
10-04-2018 14:27
Baxış sayı:
3064
Dünən gecə saat 22:30 radələrində Egey Dənizi On İki Ada bölgəsində Yunan əsgərlərinin bir Türk Sahil Təhlükəsizlik Vertolyotuna işıq saçan güllələrlə xəbərdarlıq atəşi açdığı iddia edilib.
Yunan mediasındakı iddialara görə, Karaadadaki Yunan əsgərləri, ərazidə bir vertolyot uçduğunu çıxardığı gurultu səsindən fərq ediblər. Qaranlıq olduğundan vertolyotu görmədikləri üçün vəziyyəti yüksək məqamlara bildiriblər. Onlara səsin gəldiyi istiqamətdən əks istiqamətə xəbərdarlıq atəşi açmaq əmri verilib. Yunan əsgəri də işıq saçan güllə istifadə edərək atəş açıb.
Yunan mediasındakı iddialarla bağlı hələ ki, rəsmi bir açıqlama edilməyib.
Müxalifət.az