Yunan polisindən vicdansız hərəkət

Baxış sayı:
5152

Yunanıstanın Türkiyə ilə sərhədindəki Meriç Akçadam  və Adasarhanlı kəndlərində bir gün fasilə ilə 3 kişi cəsədi tapılıb. Akçadam kəndinin düzənliyində şənbə günü süni gölün kənarında tapılan cəsədin 35 yaşındakı Əfqanlı bir qaçağa aid olduğu müəyyənləşdirilib.
 
 YUNANISTANIN GERİ İTƏLƏMƏ ÜSULU
Meriç çayı yaxınlığında yerləşən 2 meyitinin də Yunanıstana qeyri-qanuni yollarla gedən və geri göndərmə üsulu ilə Türkiyəyə göndərilən qaçaqlar olduğu müəyyən edilib.
Prokurorluğun araşdırmasından sonra birinin 5 saat, digərinin 2 gün əvvəl öldüyü müəyyən edilən kişi meyitləri Meriçin meyitxanasına aparılıb. Aparılan araşdırmada birinin 25, digərinin isə 35 yaşlarında olduğu və soyuq hava səbəbindən donaraq öldükləri müəyyən edilib.
3 qaçağın cansız bədənləri qəti ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün və kimlik təsbiti üçün İstanbul Ədliyyə Tibb Qurumuna sövq edilib.
Ədirnə Jandarm Komandanlığının əsgərləri tərəfindən tutulan qaçaqlardan Əfqanıstan əsilli Jamaluddin Malangi (35), donaraq ölən 3 kişidən Əfqanıstan əsilli olan qaçağı Yunanıstana keçəndə tutulduqları düşərgədə gördüyünü söyləyib.
Özünün də digərləri kimi Yunan polisi tərəfindən döyülərək Türkiyəyə göndərildiyini bildirən Malangi, “Biz qarşı tərəfə keçdikdən sonra 3 gün meşədə qaldıq. Yunan tərəfindəki bir kənddə polislər gəldi. Bizi yaxaladılar və apardılar. Bir gecə qaldıqdan sonra yük maşınıyla çay kənarına gətirdilər. Sistematik bir şəkildə 2 qayıq vardı, biri gediş, digəri gəliş vəziyyətində idi. Bizi bu şəkildə Türkiyəyə geri göndərdilər. Dona-dona ölənlərdən Əfqanıstanlı olanı Yunanıstanda saxlandığımız məntəqədə görmüşdüm. Digərlərini tanımıram" deyə söyləyib.

Qanunsuz şəkildə keçdikləri Yunanıstanda polis tərəfindən tutulduqlarını və onlara zor tətbiq edildiyini irəli sürən Malangi, Yunanıstan polisinin mərhəmətsiz olduğunu, ancaq Türk əsgərinin Müsəlman və mərhəmətli olduğunu da sözlərinə əlavə edib.
Müxalifət.az