​Yunan nazir açıqladı: Ərdoğan noyabrda...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabr-dekabr aylarında Yunanıstana səfəri gözlənilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias deyib.
“Türkiyə liderinin Yunanıstana gəlməsi məsələsində razılığa gəldik. Ərdoğan dəvətimi qəbul etdi. Paytaxt Afinada prezident Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşlər olacaq. Səfərin dəqiq tarixi bəlli deyil”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyədə səfərdə olan yunan nazir bir sıra rəsmi görüşlər keçirib.
Türkiyə tərəfi Yunanıstana sığınan FETÖ-çularla bağlı nazirə narahatlığını çatdırıb.