Yunan lider İslamı təhqir etdi, türk parlamentari isə...

Baxış sayı:
1465

Yunanıstan parlamentində təmsil olunan “Yunan Həlli” Partiyasının lideri Kiryakos Velopulos yeni vergi qətnamələri ilə bağlı çıxışında İslam dinini təhqir edib. Kiryakos İslamiyyətin din olmadığını, siyasi ideologiyanı ehtiva etdiyini bildirib. Partiya lideri əlavə edib ki, İslam dinində buyurulan yaşam tərzi Qərb həyat normalarına uyğun gəlmir. Buna cavab olaraq, “Dəyişiklik Hərəkatı” Partiyasının türk əsilli təmsilçisi İlhan Əhməd Kiryakosun fikirləri ilə razılaşmadığını, onun bu çıxışla bütün müsəlmanları təhqir etdiyini bildirib. Türk parlamentariyə yunan həmkarı SYRİZA hərəkatının təmsilçisi Efklidis Çakalotos da dəstəyini ifadə edib.//Axar.az