Yunan kəşfiyyatından FETÖ əməliyyatı - AEROPORTDA SAXLANDILAR

Baxış sayı:
3745

Yunanıstanda FETÖ-cülər əleyhinə əməliyyat keçirilib.
Muxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ üzvü olan 3 Türkiyə vətəndaşı ABŞ-dan Yunanıstana gəlmək istəsələr də, yunan polisi onların ölkəyə daxil olmasına icazə verməyib.
Xəbərə görə, onlar Eleftherios Venizelos Hava limanından geriyə - Amerkaya dönmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, FETÖ üzvləri özlərini biznesmen kimi təqdim etsələr də, istədiklərinə nail ola bilməyiblər. Yunan polisi onları sorğu-sual edərkən, bu şəxslərin Yunanıstana digər FETÖ üzvlərinin də bu ölkəyə gəlişinə yardım etmək üçün səfər etdikləri aydın olub. Bu şəxslər barədə polisə məlumatı ölkənin kəşfiyyat idarəsi verib.