​Yunan konsul oteldə ölü tapıldı

Baxış sayı:
12421

Yunanıstanın Venesueladakı konsulu Anqelos Xaristeas Karakasdakı “Altamira Suites” otelində ölü olaraq aşkarlanıb. 
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Xaristeasın cəsədi oteldə yaşadığı otağından tapılıb. İlkin ehtimala əsasən, konsul patoloji xəstəlikdən ölüb. Lakin hazırda Venesuela hakimiyyəti bütün mümkün səbəbləri, o cümlədən də sui-qəsd ehtimalını araşdırır. 
Qeyd olunur ki, 55 yaşlı diplomat ailəli və iki uşaq atası idi.