Yunan Kiprinin “Türkləri həbs edin” qərarında İSRAİL BARMAĞI

Baxış sayı:
12493

Beynəlxalq Əlaqələr Mütəxəssisi professor Məsud Haqqı Caşın Türkiyənin Şərqi Aralıq dənizindəki enerji qaynaqlarından imtina etməsi üçün təzyiq yaradıldığını ifadə edərək beynəlxalq həbs qərarı çıxaran Cənubi Kiprin bu addımının hüquqsuz və səlahiyyətsiz olduğunu söyləyib. Məsud Haqqı Caşın Cənub Kipr Yunan Rəhbərliyinin Fateh qazma gəmisi heyəti ilə bağlı verdiyi qərarı qiymətləndirib. Ada torpaqlarındakı zənginliklərin iki dövlətin bərabər olaraq bölüşməsi lazım olduğunu vurğulayan Caşın, BMT qərarlarında da bu qaynaqların hər iki toplumun ortaq iradəsində olduğunu ifadə edib. "HƏBS OLSA, DƏNİZ QÜVVƏLƏRİ ATƏŞ AÇAR" Həbs qərarının səlahiyyətsiz, huquqi cəhətdən axsaq və heç bir hökmünün olmadığını vurğulayan Caşın, qarşıdurma olduğu təqdirdə məsuliyyətin Cənub Kipr Yunan rəhbərliyinə aid olduğunu dilə gətirib. Caşın "Aralıq dənizindəki gəmi suveren bir dövlət olaraq Türkiyəyə aiddir. Araşdırma gəmisinin beynəlxalq sulardakı fəaliyyətləri BMT Dəniz Hüququ müqaviləsi, beynəlxalq hüquq qaydalarına görə Türkiyədədir. Əgər həbs cəhdi olsa, Türkiyənin dəniz qüvvələri atəş açar. Bu vəziyyətdə ortaya çıxacaq itkilərdən Cənub Kipr Yunan Rəhbərliyi məsuldur" deyib. "İSRAİLİN BARMAĞI VAR" Bu addımla Türkiyəni günahkar vəziyyətə salmaq, müharibəyə zəmin hazırlamaq istədiklərini vurğulayan Məsud Haqqın Caşın, hadisədə İsrailin də barmağının olduğunu düşündüyünü ifadə edib. "TÜRKİYƏNİN YALNIZ BAZAR OLMASINI İSTƏYİRLƏR" İsrail, Misir, Yunanıstan və Səudiyyə Ərəbistanının Şərqi Aralıq dənizində dəniz və hava manevrlərini Türkiyə üzərində təzyiq yaratmaq üçün etdiklərini söyləyən Caşın, "Türkiyənin Aralıq dənizində 150 il çatacaq qədər yer alan karbohidrat qaynaqlarından imtina etməsi üçün təzyiq yaradılır. Bizi bölgədən şıxarmaq istəyirlər. 'Türkiyə yalnız bazar olsun, oradan çıxan qaynaqları satın alsın' məntiqi var. Belə bir şeyi Türkiyə qəbul edə bilməz" deyə söyləyib. Müxalifət.az