Yunan Kiprinin “Türkləri həbs edin” qərarı boş çıxdı

Baxış sayı:
8401

Cənub Kipr Yunan Rəhbərliyi Türkiyənin Fateh qazma gəmisi işçiləri haqqında həbs qərarı çıxarması hər yönüylə hüquqa ziddir. BMT-nin Dəniz Hüququ Müqaviləsinə görə, Fateh və heyəti toxunulmazlığa sahibdir. Buna görə də Yunan Rəhbərliyi Fateh gəmisini saxlaya bilməz, gəminin heyətini həbs edə bilməz, mühakimə edə bilməz və hökm verə bilməz. Cənub Kipr Yunan Rəhbərliyi (GKRY) Fateh qazma gəmisi işçiləri və Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkətlərin səlahiyyətlilərinə yönəlik həbs əmri verərək açıqca cinayət törətdi. Beynəlxalq hüquq və dəniz hüququna görə, GKRY-nin söz mövzusu 25 adam üçün beynəlxalq həbs əmri verdirmə səlahiyyəti yoxdur və bu addım açıq bir beynəlxalq hüquq pozuntusu mənası daşıyır. Müxalifət.az