Yunan Kiprində böyük təlaş: “Türkiyə mühasirəyə alır” qorxusu

Baxış sayı:
5380

Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləri Yunan Kiprinin mediasında geniş yer tapıb. 2 aydır Baf açıqlarında fəaliyyət icra edən Fateh qazma gəmisi ilə Limasolun cənubunda olan Barbaros Hayretdin Paşa seysmik araşdırma gəmisindən sonra Türkiyənin ikinci qazma gəmisi “Yavuzu” da bölgəyə göndərməsi Yunanların narahatlığına səbəb olub.
 
Yunan mətbuatı "Türkiyə “Yavuz”un Karpaza gəlməsiylə Kipri mühasirəyə aldı" başlığını atıb. Qəzetlər "volta atma", "mühasirəyəyə alma" və "Ada ətrafında Türk üçbucağı" şərhlərinə yer verib. Türk qazma və araşdırma gəmilərinin təhlükəsizliyinin 9 insansız hava vasitəsi, döyüş gəmiləri və sualtı gəmilərlə təmin edildiyi ifadə edilib.
Qəzetlər bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləri mövzusunda qərarlı olduğuna diqqət çəkib.
İşlərlə əlaqədar Yunan Kiprinin Prezident Sarayından edilən açıqlamada isə, "Türkiyə tərəfindən suverenlik haqlarımızın təkrarlanan pozuntuları artır. Türkiyə beynəlxalq hüquqa zidd və Avropa Birliyini diqqətə almadan bölgədə yeni vəziyyət yaradır yaradır" deyə qeyd edilib.
Yunan Rəhbərliyi Türkiyəni Kipr problemində BMT qərarları çərçivəsində dialoqa çağırıb.
Müxalifət.az