Yunan Kipri ilə Misir anlaşdı: TÜRKİYƏNİN ƏLI TƏTIKDƏ

Baxış sayı:
3148

Cənubi Kipr ilə Misir arasında sualtında boru kəməri ilə qaz daşınma müqaviləsi imzalanıb.
 
Misir neft naziri Molla da atılan imza ilə bölgədəki əməkdaşlığın gücləndiyini deyib. Molla, Yunan nazir kimi, "Bu əməkdaşlıq baxımından bir dönüş nöqtəsidir" - deyib. İki ölkə arasında 30 gün içərisində texniki heyətlərin yaradacağı komitənin qurulması qərara alınıb. Müqavilə ilə bağlı açıqlama edən Yunan rəhbərliyinin lideri Nikos Anastasiadis də Misirlə imzalanmış müqavilənin Cənubi Kipr üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.
 
ANKARA ƏLEYHİNƏ ÇIXIR
 
Qeyd edək ki, Ankara, Yunanların Aralıq dənizində tək tərəfli olaraq atdığı qaz addımlarına təpki göstərir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Aralıq dənizindəki tək tərəfli qaz axtarma fəaliyyətlərinə dair, "Döyüş gəmilərimiz, hava qüvvələrimiz və digər təhlükəsizlik orqanlarımız hazırda bölgədəki proseslərə hər cür müdaxilə etmək mandatı ilə yaxından hadisələri izləyirlər. Kiprdə açıq fəaliyyət göstərən xarici şirkətlərə Yunan tərəfinə güvənərək, həddi olmayan işlərə alət olmamalarını tövsiyə edirik. Bizim üçün Afrin nə isə, Egey dənizi, Kiprdəki haqlarımız da odur" demişdi.
Müxalifət.az