Yunan jurnalist ölkəsinin TÜRKİYƏ QORXUSUNU ANLATDI

Baxış sayı:
6163

Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi dəyərləndirən Yunan jurnalist Kanellis, bu vəziyyətin xalqda qorxuya səbəb olduğunu yazıb.
 
Yunanıstanda nəşr edilən qəzetlərin son günlərdəki tək gündəmi Türkiyədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi geyimdəki fotoşəkilləriylə çıxan qəzetlərin köşə yazarlarının da gündəmi fərqli deyil.
Köşə yazısında, Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi qiymətləndirən son jurnalist Vasilis S. Kanellis olub.
Yunan jurnalistin "Egey dənizindəki müharibə təhdidləri Yunanıstanda qorxuya səbəb olur" başlıqlı yazısı etiraf xarakteri daşıyır.
 
TÜRKİYƏDƏN QORXUNUN DƏLİLİ
 
Ölkəsindəki böyük bir şirkətin hava limanını icarəyə götürmək istədiyini yazan Kanellis, narıncı həyəcan səbəbiylə mənfi cavab aldığını söyləyib.
Yunanıstanın iqtisadi problemlərini xatırladan Vasilis S. Kanellis, xalqın Türkiyə ilə qarşıdurma riski səbəbiylə qorxu içində olduğunu söyləyib.
 
YUNANİSTANIN “BATARIQ” QORXUSU
 
Ölkənin müharibə vəziyyəti görünüşünün, iqtisadi böhrandan çıxma və turist cəlbetmə səyinə yardım etməyəcəyini ifadə edən Yunan jurnalist, Türkiyə ilə əlaqələrin müsbət müstəviyə daşınmasının ölkəsinə fayda verəcəyini bildirib.
Müxalifət.az