​Yunan gəmisi Türkiyə sularına girdi: Təhlükəsizlik xidməti...

Baxış sayı:
1252

Yunanıstana məxsus hərbi gəmi Quşadası istiqamətində Türkiyə sularına qanunsuz daxil olub.
Muxalifet.az xəbər verir ki, yunanların Sisam adasından çıxan sözügedən gəmi Türkiyə sərhəd sularında araşdırma aparırmış.
Gəminin olduğu nöqtənin koordinatlarını əldə edən Türkiyə Sahil Təhlükəsizliyi xidməti dərhal hərəkətə keçib.
Daha sonra yunan gəmisi Türkiyə sularından çıxaraq yenidən beynəlxalq zonaya qayıdıb.
Araşdırmalardan sonra məlum olub ki, yunan gəmisi bir müddətdir ki, Sisam adasında yerləşdirilib və ərazidə təyinatı bəlli olmayan axtarışlar aparır.