Yunan baş nazir donub qaldı: Ona “əlini endir” XƏBƏRDARLIĞI!

Baxış sayı:
4540

Yunanıstanın baş naziri, Amerika milli himni oxunduğu zaman əllərini önündə birləşdirincə Amerikalı rəsmilərdən xəbərdarlıq alıb.
 
Türkiyənin ABŞ ilə gərgin münasibətlərdə olduğu bu dövrdə, Yunanıstanın baş naziri Aleksis Çipras, ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Bu çərçivədə Çipras, Selanikdə bir simpoziumda ABŞ rəsmiləri ilə bir araya gəlib. Qonaq ölkənin milli himni oxunduğu zaman əllərini üst-üstə qoyan Çiprasa ABŞ rəsmilərindən xəbərdarlıq edildikdən sonra Çiprasın əllərini endirməsi, simpoziumun önünə keçən hadisə olub. Gənclik dövründə ABŞ əleyhinə bir çox yürüşdə liderlik edən Çiprasın, bu hərəkəti qəsdən etdiyi iddiaları da danışılır.


 
LİDER OLA BİLƏRİK
 
ABŞ-ın milli himni oxunarkən, Amerikalılar əllərini ürəklərinə apararaq himni söyləyirlər. Orada olan xarici liderlərdən də dik dayanaraq himni qulaq asmaları tələb edilir. Əlləri üst-üstə atma kimi müxtəlif hərəkətlərlə himni dinləmə, Amerikalılar tərəfindən böyük hörmətsizlik şəklində səciyyələndirilir. Yunan baş nazir Çiprasın bu vəziyyəti bilməməsi də böyük təpkilərə səbəb olub. Digər tərəfdən, sözügedən simpoziumda Çipras, ölkəsinin regionda sabitlik nümunəsi kimi yeganə ölkə olduğunu irəli sürərək, regionda lider rolu oynamağa hazır olduqlarını, bu çətin vəzifəni uğurla yerinə yetirəcəklərini dilə gətirib.
Müxalifət.az